اینانمارام داها بو گلن یازا
مین مین حیله ایله دون دگیشیرسن
قانع اولورسان نه چوخا نه آزا
********
بیر چیچک آتیرسان باغ بوجاغینا
باخیرسان قیسینیر خار قوجاغینا
سالیرسان عاشیقی نار اوجاغینا
معشوقی چکیرسن عشوه یه نازا
********
وورورسان اوره کدن آجی یارانی
آلیرسان الیمدن سونرا چارانی
قاتیرسان سئللره گلین سارانی
چوبانلار دردینی داغ داشا یازا
********
باریشمارا سنله چوخدا باریش آم
چوخلو سندن آجی زهر دادمیشام
اوشویور اللریم یازیندا قیشام
اینانمارام داها بو گلن یازا
*****************************************************
Məni aldatma sən ey çərx fələk
Inanmaram daha bu gələn yaza
Min min hiləyilə don dəgişirsən
Qanə olursan nə çoxa nə aza
******
Bir çiçək atırsan bağ bucağına
Baxırsan qısınır xar qucağına
Salırsan aşıqı nar ocağina
Məşuqı çəkirsən eşvəyə naza
********
vurursan ürəkdən acı yaranı
alırsan əlimdən sonra çaranı
qatırsan sellərə gəlin saranı
çobanlar dərdini dağ daşa yaza
*********
Barışmaram sənlə çoxda barış am
Çoxlu səndən aci zəhər dadmışam
Üşüyür əllərim yazında qışam
Inanmaram daha bu gələn yaza
*******
(Heydər ebadi ( barış
برچسب:
نویسنده: حسین رادمنش